Nokia X3 00 - Nokia Ovi Suite proqramını kompyuterinizdə quraşdırmaq

background image

Nokia Ovi Suite proqramını kompyuterinizdə quraşdırmaq
Siz kontentinizi cihazınızda idarələyə və onu kompyuterinizlə sinxronlaşdırılmış

şəkildə saxlaya bilərsiniz. Siz cihazınızı həmçinin ən son proqram təminatı ilə

yeniləyə və xəritələri yükləyə bilərsiniz.
1 Cihazınızı kompyuterə qoşmaq üçün müvafiq USB məlumat kabelindən

istifadə edin.
Cihazınızın yaddaş kartı kompyuterinizdə çıxarılan disk kimi görünür.

2 Cihazda

Məlumat saxlama

seçin.

3 Kompyuterinizdə isə Install Nokia Ovi Suite (Nokia Ovi Suite-i quraşdır) seçin.

Əgər quraşdırma pəncərəsi avtomatik şəkildə açılmırsa, quraşdırma faylını adi

qaydada açın. Seçin Open folder to view files (Fayllara baxmaq üçün qovluğu

aç) və Install_Nokia_Ovi_Suite.exe üzərinə iki dəfə basın.

Onu öz cihazınıza çevirin

35

background image

4 Göstərişlərə əməl edin.

Nokia Ovi Suite haqqında ətraflı məlumat üçün www.ovi.com veb-saytına keçin.