Xəritələr və GPS
Sizin cihazınızın daxili GPS antennası yoxdur. GPS bağlantısını tələb edən
proqramlardan istifadə etmək üçün müvafiq xarici GPS cihazından istifadə edin
(ayrıca satılan aksessuar). Bluetooth simsiz texnologiyadan istifadə edərək GPS
qəbuledicisini öz cihazınızla cütləşdirin. Ətraflı məlumat üçün GPS cihazının
istifadəçi təlimatına baxın.
Maps proqramını dəstəkləmək üçün siz GPS-dən istifadə edə bilərsiniz. Öz
mövqeyinizi tapın yaxud məsafəni ölçün və koordinatları qurun.
Cihazınızı xarici GPS qəbuledicisi ilə cütləşdirəndən sonra cihazın hal-hazırkı
mövqeyinin göstərməsi üçün bir neçə dəqiqə vaxt tələb oluna bilər.
GPS sistemi (Naviqasiya və yerin müəyyən edilməsi üzrə Qlobal Sistem) - bu
sistemin dəqiqliyi və saxlanılması üzrə yeganə məsul olan Birləşmiş Ştatlar
Höküməti tərəfindən idarə edilir. Yerləşdirmə ilə bağlı məlumatın dəqiqliyi ABŞ
höküməti tərəfindən GPS-ə quraşdırılan peyklərdən asılıdır və ABŞ Müdafiə
Departamentinin mülki GPS strategiyasına və Federal Radionaviqasiya Planına
uyğun olaraq dəyişdirilə bilər. Dəqiqliyə həmçinin zəif peyk həndəsəsi də təsir edə
bilər. GPS siqnallarının mövcudluğu və keyfiyyəti binalardan və təbii
müdaxilələrdən, həmçinin hava şəraitindən asılı ola bilər. GPS siqnalları binaların
daxilində və ya metroda mövcud olmaya bilər və beton və metal kimi materiallara
görə zəifləyə bilər.
GPS yerin dəqiq ölçülməsi üçün istifadə edilməməlidir və siz yalnızca yerləşdirmə
məlumatı və naviqasiya ilə bağlı GPS qəbuledicisi və mobil radio şəbəkəsindən
alınan məlumata etibar etməməlisiniz.