Əlavə xidmətlər
Siz Maps proqramını avtomobildə və piyada istifadə olunacaq tam səs
naviqasiyası ilə təkmilləşdirə bilərsiniz. Tam naviqasiya sistemi üçün sizə regional
lisenziya lazımdır. Avtomobil naviqasiyası tamamilə səslə idarə olunan iki- və
üçölçülü xəritə görünüşləri ilə təmin olunub. Piyadaların naviqasiya sistemi 30 km/
s (18,6 mil/s) sürətə qədər məhdudlaşdırılıb və səs göstərişlərini vermir.
Maps
71
Naviqasiya xidməti bəzi ölkələr və regionlar üçün mövcud deyil. Ətraflı məlumat
üçün öz yerli Nokia veb-saytınıza baxın.
Bu xidmətdən istifadə etmək üçün sizə Bluetooth simsiz texnologiyanı dəstəkləyən
uyğun xarici GPS cihazı lazımdır.
Naviqasiya xidmətini almaq
Menyu
>
Gündəlik
>
Xəritələr
və
Əlavə xidmətlər
>
Naviqs. lisn. satın al
seçin və
göstərişlərə əməl edin.
Səs idarəedilməsi ilə naviqasiyadan istifadə etmək üçün siz Maps proqramına
şəbəkə bağlantısından istifadə etməyinə icazə verməlisiniz.
Naviqasiya lisenziyası sizin SIM kartınıza bağlıdır. Əgər cihazınıza digər SIM kartı
daxil etsəniz, naviqasiyaya başladığda sizdən lisenziyanı əldə etmək xahiş olunur.
Alış zamanı sizə mövcud naviqasiya lisenziyasını əlavə pul xərcləmədən yeni SIM
karta köçürmək təklif olunur.