Nokia X3 00 - Potensial partlayıcı mühit

background image

Potensial partlayıcı mühit
Mümkün partlayış ola biləcək hər hansı mühitlərdə cihazınızı söndürün. Dərc olunmuş bütün təlimatlara əməl edin. Belə

ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümlə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər . Telefonu

xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və

paylama məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət

edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Buraya nəqliyyat

vasitənizin matorunu söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı hissə, kimyəvi maddələrin

ötürüldüyü və ya saxlandığı binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal tozları

kimi hissəciklər olur. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə

eilib edilməyəcəyini soruşmalısınız.