Nokia X3 00 - Rəqəmli hüquqların idarəolunması

background image

Rəqəmli hüquqların idarəolunması
Məzmun sahibləri müxtəlif növ rəqəmli hüquqların idarəolunması (DRM) texnologiyasından istifadə edib öz əqli

mülkiyyətini, o cümlədən müəllif hüquqlarını qoruya bilər. Bu cihaz DRM ilə qorunan məzmuna daxil olmaq üçün müxtəlif

növ DRM-tipli proqram təminatından istifadə edir. Bu cihazla siz WMDRM 10, OMA DRM 1.0, OMA DRM 1.0 forward

lock və OMA DRM 2.0 ilə qorunan məzmuna daxil ola bilərsiniz. Əgər müəyyən bir DRM proqramı hər hansı məzmunu

mühafizə etmək qabiliyyətində deyilsə, bu halda həmin məzmunun sahibi bu cür DRM proqramının yeni DRM ilə

mühafizə olunan məzmuna giriş imkanını ləğv etməyi tələb edə bilər. Bu cür ləğvetmə artıq aparatınızda quraşdırılmış

DRM ilə qorunan məzmunun həmçinin yeniləşməsinə də imkan verməyə bilər. Bu cür DRM proqramının ləğvedilməsi

digər tipli DRM proqramı ilə qorunan və ya DRM proqramı ilə qorunmayan məzmunun istifadəsinə mənfi təsir etmir.

Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən

istifadə etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.

Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə, lisenziya və tərkibin nüsxəsini çıxarmaq üçün Nokia Ovi Suite

proqramının nüsxə çıxarma funksiyasından istifadə edin.

Digər ötürmə metodları ola bilsin ki, cihazın yaddaşını formatladıqdan sonra sizin üçün OMA DRM ilə qorunan tərkibdən

istifadəni davam edə bilmək üçün tərkiblə bərpa ediləsi lisenziyanı köçürməsin. Siz həmçinin cihazınızdakı faylların

pozulduğu təqdirdə lisenziyanı bərpa etməli ola bilərsiniz.

Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziya və tərkib itiriləcək.

Sizin cihazınızdakı faylların pozulması zamanı lisenziya və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziya və ya tərkibin

itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdıra bilər. Daha geniş məlumat

almaq üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.

Məhsul və təhlükəsizlik üzrə məlumat

79

background image

Bəzi lisenziyalar xüsusi SİM karta qoşulu ola bilər və yalnız SİM kart daxil edilərsə qorunan tərkibə daxil olmaq olar.