
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə
qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək
edirsiniz. Daha ətraflı məlumatı pərakəndə satıcıdan, tullantıların atılmasına nəzarət edən yerli orqanlardan, milli
istehsalçılara nəzarət təşkilatlarından və ya yerli Nokia nümayəndəliyindən əldə edə bilərsiniz. Nokia məhsullarınızı
necə təkrar emal etdirməli olduğunuz barədə www.nokia.com/werecycle ünvanından və ya internetə mobil telefondan
daxil olmusunuzsa www.nokia.mobi/werecycle ünvanından məlumat əldə edə bilərsiniz.
Məhsul və təhlükəsizlik üzrə məlumat
83

Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma sizə xatırladır ki, bütün
elektrik və elektronik məhsullar, batareyalar və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu
tələb Avropa İttifaqında tətbiq olunur. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin.
Ətraf mühitlə bağlı daha ətraflı məlumat üçün məhsulun Eko-Deklarasiyalarına www.nokia.com/environment
ünvanından baxın.