Nokia X3 00 - Baxım və texniki qulluq

background image

Baxım və texniki qulluq
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər

zəmanətin əhatə etdiyi sahələrin qorunmasına yardım edəcək.

Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində eletron sxemlərin korroziyasına

səbəb ola biləcək minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və onu yenidən yerinə yerləşdirənə

qədər cihazın tam qurumasını təmin edin.

82

Məhsul və təhlükəsizlik üzrə məlumat

background image

Kamera, yaxınlaşdırıcı qurğu, və fotodetektor linzaları kimi optik şüşələrin təmizlənməsi üçün yumşaq, quru parça

istifadə edin.

Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və saxlamayın. Onun ayrıla bilən hissələri və elektron komponentləri

zədələnə bilər.

Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur elektron cihazların istehlak müddətini qısalda, batareyaları

zədələyə və müəyyən plastik hissələri əyə və ya əridə bilər.

Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər bə bunun

nəticəsində elektron sxemlərin plataları zədələnə bilər.

Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.

Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili montaj platasını və dəqiq mexanika

elementlərini qıra bilər.

Cihazın təmizlənməsi üçün sərt kimyəvi preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü tozlardan istifadə

etməyin.

Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.

Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan edilmiş antenaların,

modifikasiyaların və ya aksessuarların istifadəsi sizin cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini

tənzimləyən qaydaların pozulmasına səbəb ola bilər.

Batareyanı bağlı otaqda doldurun.

Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim qeydləri

kimi) ehtiyat nüsxəsini çıxarın.

Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı söndürün və batareyanı çıxarın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya, adapterə və ya hər hansı aksessuara

şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə

aparın.