Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz GSM 850, 900, 1800 və 1900 MHz
şəbəkələri-da istifadə üçün təsdiq edilmişdir. Şəbəkə haqqında daha ətraflı
məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən qurulan əlfəcinlər və
bəndlər ola bilər və sizə üçüncü tərəf saytlara daxil olmağa imkan verə bilər. Bunlar
Nokianın himayəsində deyil və Nokia onlara görə məsuliyyət daşımır. Əgər siz belə
saytlara daxil olsanız, təhlükəsizlik və ya tərkib üçün ehtiyat tədbirlərini həyata
keçirin.
Xəbərdarlıq:
Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon
işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi hallarda telefonu
işə salmayın.
Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da
daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına
hörmət edin. Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng siqnalları
melodiyalarının və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına,
dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.
Cihazınızın yaddaşında saxladığınız bütün zəruri məlumatın ehtiyat nüsxəsini
çıxarın və ya yazılı qeyd edin.
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün
onun istifadə təlimatını oxuyun. Uyğun olmayan məhsulları qoşmayın.
Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli ola bilər.
14
İşəsalma
Cihazınız haqqında digər mühüm məlumatları bilmək üçün istifadəçinin
təlimatlarına müraciət edin.