
Klaviaturanın kilidini açmaq
Kilidi aç
seçin və * düyməsini 1,5 saniyə ərzində saxlayın. Tələb olunarsa, kilid
kodunu daxil edin.
Klaviatura kilidlənmiş vəziyyətdə olan zaman zəngə cavab vermək
Zəng düyməsini basın. Zəngi bitirdiyiniz və ya rədd etdiyinizdən sonra klaviatura
avtomatik olaraq kilidlənir.
Avtomatik klav. kilidi və Təhlük. klav. kilidi əlavə funksiyalardır.
Bax "Telefon
parametrləri" s. 25.
Cihaz və ya klaviatura kilidləndikdə siz cihazınızda proqramlaşdırılmış rəsmi təcili
yardım nömrələrinə zəng vura bilərsiniz.
SIM kartsız funksiyalar
Telefonunuzun Gündəlik və oyunlar kimi bəzi funksiyaları SIM kart daxil etmədən
istifadə oluna bilər. Bəzi funksiyalar menyuda sönük görünür və onlardan istifadə
etmək mümkün deyil.