Nokia X3 00 - Keçid kodları

background image

Keçid kodları
Telefonunuzu giriş kodları və təhlükəsizlik parametrlərindən necə istifadə etməsini

qurmaq üçün seçin

Menyu

>

Parametrlər

>

Təhlükə/-sizlik

>

Giriş kodları

.

Təhlükəsizlik kodu sizin telefonunuzu icazəsiz istifadədən mühafizə etməkdə

kömək edir. Əvvəlcədən qurulmuş kod:12345. Siz kodu dəyişdirə və telefonu

kodu tələbetməsi üçün qura bilərsiniz. Bəzi əməliyyatlar parametrlərdən asılı

olmayaraq təhlükəsizlik kodunu tələb edir, məsələn, əgər siz istehsalçı

parametrlərini bərpa etmək istəyirsinizsə. Kodu gizli və telefonunuzdan ayrı bir

təhlükəsiz yerdə saxlayın. Kodu yadınızdan çıxartsanız və telefonunuz

blokirovkaya düşərsə, telefonunuza xidmət lazım olacaq və əlavə haqq tətbiq

oluna bilər. Ətraflı məlumat üçün Nokia Care nöqtəsinə yaxud telefonunuzun

dilerinə müraciət edin.

SIM (USIM) kartı ilə təchiz edilmiş PIN (UPIN) kodu kartın icazəsiz istifadəsinin

qarşısını almaqda kömək edir.

İşəsalma

15

background image

Bəzi SIM (USIM) kartlarla təchiz edilən PIN2 (UPIN2) kodu müəyyən

xidmətlərə giriş əldə etmək üçün tələb olunur.

PUK (UPUK) və PUK2 (UPUK2) kodları SIM (USIM) kartla birgə təchiz oluna

bilər. Əgər siz PIN kodu ardıcıllıqla üç dəfə yanlış daxil etsəniz, sizdən PUK

kod tələb olunacaq. Əgər kodlar təmin olunmayıblarsa, xidmət təminatçınızla

əlaqə saxlayın.

Qadağa parolu gələn və edilən zənglərə qadağa qoymaq üçün (şəbəkə

xidməti) zəngə qadağa qoyulması xidmətindən istifadə edərkən tələb olunur.

Brauzer üçün təhlükəsizlik modulu parametrlərini nəzərdən keçirmək və ya

dəyişdirmək üçün seçin

Menyu

>

Parametrlər

>

Təhlükə/-sizlik

>

Təhl.

modulu prmtr.

.