Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Bəzi
xüsusiyyətlər bütün şəbəkələrdə mövcud deyil; digər xüsusiyyətlər onlardan
istifadə etməyiniz üçün Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə etməyinizi
tələb edə bilər. Şəbəkə xidmətlərinə məlumatın ötürülməsi daxildir. Ev şəbəkəsi
və ya digər şəbəkələr üzərindən rouminq qiymətləri barədə təfərrüatlar üçün
xidmət provayderinizlə əlaqə saxlayın. Sizin xidmət təminatçınız hansı dəyişliklərin
tətbiq olunacağını izah edə bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən
funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin
menyunuzda görünməyəcək. Sizin cihazda həmçinin menyu adları, menyu sırası
və nişanlar kimi tələbə uyğunlaşdırılmış elementlər də ola bilər.