Nokia X3 00 - Dəstək

background image

Dəstək və yeniləmələr

Nokia sizə cihazınızdan ən səmərəli şəkildə istifadə etmək üçün bir çox şəkildə

kömək edir.
Cihazınızın model nömrəsini arxa qapağın altında tapa bilərsiniz.

Dəstək
Öz məhsulunuzun necə istifadə edilməsi barədə daha ətraflı məlumatı və ya

cihazınızın necə işləməsi barədə tərəddüd etdiyiniz halda istifadəçi təlimatına və

ya bizim dəstək veb-saytlarımıza www.nokia.com/support yaxud öz yerli Nokia

veb-saytınıza www.nokia.mobi/support müraciət edə bilərsiniz.
Əgər bunun köməyi ilə məsələ həll olunmasa, bu halda aşağıdakılardan birini edin:

Cihazı söndürüb yandırın: cihazı söndürün və batareyanı çıxardın. Təxminən

bir dəqiqədən sonra batareyanı yerinə qoyun və cihazı işə salın.

Orijinal istehlakçı parametrlərini istifadəçi təlimatında göstərildiyi kimi bərpa

edin.

22

Dəstək və yeniləmələr

background image

Cihazınızın optimal işləməsi və mümkün olan yeni funksiyala malik olması

üçün onun proqram təminatını istifadəçi təlimatında göstərildiyi kimi mütamadi

olaraq yeniləşdirin.

Əgər məsələniz həll olunmazsa, bu halda təmir üçün Nokia-ya müraciət edin.

Aşağıda göstərilən veb-saytlara baxın www.nokia.com/repair. Cihazınızı təmirə

göndərməzdən qabaq həmişə cihazınızda olan məlumatın rezerv nüsxəsini

çıxarın.