SIM kart və batareyanının quraşdırılması
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri elektrik
enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın.
Cihazı həmişə verilən üzlüklə saxlayın və istifadə edin.
SIM kart və onun kontaktları asanlıqla çızıqlar və ya əyilmə nəticəsində zədələnə
bilər, o baxımdan, kartı daxil edərkən, toxunarkən və ya kənar edərkən ehtiyyatlı
olun.
1 Arxa qapaqı sürüşdürün və çıxarın. Batareyanı çıxarın.
2 SIM kart qısqacını açın. SIM kartı kəsik ucu ilə üzüaşağı olmaq şərtilə yerinə
taxın. SIM kart qısqacını bağlayın.
8
Cihazın işə salınması
3 Batareya kontaktlarını bir xətt ilə yerləşdirin və batareyanı taxın. Arxa qapağı
yerinə taxın.