Brauzer təhlükəsizliyi
Bank xidmətləri və ya onlayn alış-veriş kimi xidmətlər üçün təhlükəsizlik
funksiyaları tələb oluna bilər. Bu cür bağlantılar üçün sizə SIM kartınızda mövcud
ola bilən təhlükəsizlik sertifikatları və mümkün olaraq təhlükəsizlik modulu tələb
oluna bilər. Əlavə məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Təhlükəsizlik modulu parametrlərini dəyişmək və ya cihazınıza yüklənilmiş
səlahiyyət yaxud istifadəçi sertifikatlarının siyahısına baxmaq üçün
Menyu
>
Parametrlər
>
Təhlükə/-sizlik
>
Təhl. modulu prmtr.
,
İcazə sertifikatları
yaxud
İstif.
sertifikatları
seçin.
Mühüm: Sertifikatların istifadəsi uzaq məsafəli birləşmələrdə və proqramların
yüklənməsində yaranan riskləri əhəmiyyətli dərəcədə azaltmasına baxmayaraq,
Əyləncə
67
bu sertifikatlar təkmilləşdirilmiş təhlükəsizlikdən daha çox faydalanmaq üçün
düzgün istifadə edilməlidir. Sertifikatın mövcudluğu özü-özlüyündə qorunmanı
təmin etmir; sertifikatı idarə edən proqramda daha təkmilləşdirilmiş təhlükəsizlik
üçün düzgün, orijinal və ye etibarlı sertifikatlar olmalıdır. Sertifikatlar məhdud
istifadə müddətinə malikdir. Əgər sertifikatınız qüvvədə olduğu zaman "Sertifikatın
vaxtı keçib və ya Sertifikat qüvvədə deyil" ifadələri göstərilirsə, cihazınızda
qurulmuş tarixin və vaxtın düzgün olmasını yoxlayın.
Sertifikat parametrlərini dəyişdirməzdən əvvəl siz əmin olmalısınız ki, siz həqiqətən
sertifikatın sahibinə etibar edirsiniz və sertifikat həqiqətən siyahıda olan sahibə
məxsusdur.