Musiqini kompyuterdən köçürmək
Siz musiqini öz cihazınıza aşağıdakı üsullar vasitəsilə köçürə bilərsiniz:
•
Nokia Music-dən istifadə edərək yeni musiqini kompyuterinizə və mobil
cihazınıza köçürün, redaktə edin, yazın və səsləndirin. www.music.nokia.com/
download veb-saytından kompyuter proqram təminatını yükləyin.
•
Cihazınızı kompyuterinizə Bluetooth bağlantısı yaxud uyğun olan USB kabel
vasitəsilə qoşmaq üçün Nokia Ovi Suite və Nokia Music Manager
proqramından istifadə edin. USB məlumat kabelindən istifadə etmək üçün
PC
Suite
qoşulma növü kimi seçin.
•
Bluetooth bağlantısı yaxud müvafiq USB məlumat kabeli vasitəsilə öz
cihazınızı kompyuterinizə qoşun və musiqi fayllarını cihazınızın yaddaşına
nüsxələyin. USB məlumat kabelini istifadə etmək üçün
Məlumat saxlama
qoşulma rejimi kimi seçin.
•
Windows Media Player istifadə etmək. Müvafiq USB məlumat kabelini qoşun
və qoşulma rejimi kimi
Çap və media
seçin.